Əsas Səhifə > REGİON > Paşinyan: Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb

Paşinyan: Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb


14-05-2024, 16:25


Azərbaycanla əldə olunan razılaşmaların sülh müqaviləsinə daxil edilməsinin və onun imzalanmasının vaxtı çatıb.

Şəffaflıq.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Kopenhagen Demokratiya Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan bütün çağırışlara baxmayaraq davamlı və sabit sülhün demokratiyanın arzuolunan mayakı olduğuna inanır: “Mənim hökumətim bununla bağlı məsuliyyəti öz üzərinə götürüb. Biz bu yaxınlarda Azərbaycanla 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında dövlətlərarası sərhədlərimizin demarkasiyası prosesinə başlamaq barədə razılığa gəldik. Bu o deməkdir ki, demarkasiya zamanı biz sadəcə olaraq Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasındakı inzibati sərhədləri bərpa etməliyik ki, bu da Alma-Ata bəyannaməsinə görə dövlət sərhədinə çevrilir”.


Geri qayıt