Əsas Səhifə > SİYASƏT > İan Borq: Bakı ilə İrəvan arasında sülh prosesi ATƏT üçün prioritetdir
İan Borq: Bakı ilə İrəvan arasında sülh prosesi ATƏT üçün prioritetdir14-05-2024, 13:18 |
Bakı ilə İrəvan arasında sülh prosesi ATƏT üçün prioritet məsələdir. Şəffaflıq.az xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib. “Biz sərhədlərin delimitasiyası prosesinin başlanılmasını alqışlayırıq”, - o vurğulayıb. Onun sözlərinə görə, açıq qalan məsələləri həll etmək üçün diplomatiya və danışıqlar prinsiplərinə riayət etmək lazımdır: “Biz ATƏT olaraq sülh prosesinin irəliləməsinə yönəlmiş bütün praqmatik həlləri alqışlayırıq”. Geri qayıt |