Əsas Səhifə > Gündəm > "Qızım Ombudsman seçilərkən bir ata kimi sevincdən gözlərim yaşardı” - Yaşar Əliyev - FOTO

"Qızım Ombudsman seçilərkən bir ata kimi sevincdən gözlərim yaşardı” - Yaşar Əliyev - FOTO


29-11-2019, 16:09

 “Qızım Səbinə Əliyevanın Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilməsi bir ata olaraq məni də sevindirdi. Sevincdən göz yaşlarımı saxlaya bilmədim”.
Şəffaflıq.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin keçmiş sədr müavini, Azərbaycanın Çindəki sabiq səfiri Yaşar Əliyev qızı Səbinə Əliyevanın Ombudsman seçilməsinə münasibət bildirərkən deyib.
Yaşar Əliyev çətin və məsuliyyətli işdə qızına uğur arzulayıb: “Bir ata kimi ümid edirəm ki, Səbinə Əliyeva ona həvalə olunan vəzifənin öhdəsindən gələcək. Bu çətin və məsuliyyətli işdə ona uğurlar arzulayıram”.

 
Geri qayıt