Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib
Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib14-05-2024, 11:51 |
Bu ilin ilk rübü ərzində Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyindən məlumat verilib. Qeyd edilib ki, yanvar-aprel aylarında ümumilikdə 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 58,5 min nəfəri münasib işlərlə təmin edilib, 1,3 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. Eyni zamanda Agentlik 5,6 min işsiz şəxsi peşə hazırlığı kurslar təşkil edib, 75 min şəxsə isə peşəyönümlü xidmətlər göstərilib. Şəffaflıq.az Geri qayıt |