Əsas Səhifə > REGİON > Ararat Mirzoyan: Almatıda Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqlar konstruktiv şəraitdə keçib

Ararat Mirzoyan: Almatıda Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqlar konstruktiv şəraitdə keçib


13-05-2024, 13:15


Almatıda Ermənistan və Azərbaycan arasında xarici işlər nazirləri səviyyəsində danışıqlar konstruktiv şəraitdə keçib.

Şəffaflıq.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda ATƏT-in hazırkı sədri Yan Borq ilə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ermənistan Xarici İşlər Nazirliyinin qiymətləndirməsi Qazaxıstanda aparılan danışıqların yekunlarına dair məlumatda öz əksini tapıb:

“Proses bizim dəfələrlə bəyan etdiyimiz prinsiplər əsasında davam edir”.


Geri qayıt