Əsas Səhifə > SİYASƏT > Latviya Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədir
Latviya Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədir13-05-2024, 12:29 |
Latviya Azərbaycanla kənd təsərrüfatı sahəsində bəzi biznes istiqamətlərini inkişaf etdirir. Şəffaflıq.az xəbər verir ki, bunu Latviyanın kənd təsərrüfatı nazirliyinin dövlət katibi Rayvis Kronberq Bakıda keçirilən Azərbaycan-Latviya Biznes Forumunda deyib. O qeyd edib ki, müəssisələrin inkişafı süd və balıq məhsullarına aiddir: “Biz yeni memorandum imzalamaq istəyirik ki, bu memorandumda kənd təsərrüfatı sahəsində biznes və təhsil məsələlərində təcrübə mübadiləsi, biznes həllərinin işlənib hazırlanması baxımından əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur”. Geri qayıt |