Əsas Səhifə > ELM VƏ TƏHSİL > Attestat ala bilməyənlərin nəzərinə! - Dekabrda imtahan olacaq
Attestat ala bilməyənlərin nəzərinə! - Dekabrda imtahan olacaq29-11-2019, 01:29 |
![]() Şəffaflıq.az xəbər verir ki, 26-27 dekabr tarixlərində keçiriləcək imtahana qeydiyyat və sənəd qəbulu dekabrın 20-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılacaq. İdarədən verilən məlumata görə, eksternat imtahanlarında uğur qazanmış şəxslər attestat almaq üçün Dövlət İmtahan Mərkəzinin tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar. Ərizələri qəbul edilmiş şəxslər 24-25 dekabr tarixlərində saat 10:00-dan 17:00-dək 258 nömrəli tam orta məktəbdən imtahana buraxılış vərəqələrini əldə edə bilərlər. Geri qayıt |