Əsas Səhifə > Hadisə > Akademik: İşğal dövründə 20-dən çox seysmoloji stansiya dağıdılıb
Akademik: İşğal dövründə 20-dən çox seysmoloji stansiya dağıdılıb13-05-2024, 10:56 |
Erməni işğalı dövründə 20-dən çox seysmoloji stansiya dağıdılıb. Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Bakıda “Qafqazda Seysmik Təhlükə Yenilikləri və Müasir Mühəndislik Təcrübələrinin nəticələri” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. O bildirib ki, artıq seysmoloji stansiyaların qorunması istiqamətində işlər aparılır: "Daşaltı kəndi ərazisində birinci seysmoloji stansiyada işlər başa çatmaq üzrədir. Bir aya qədər işləri tamamlayıb Qarabağda ilk seysmoloji stansiyanın açılışını edəcəyik". Geri qayıt |