Əsas Səhifə > Hadisə > Şəki şəhər icra hakimiyyəti başçısının müavini dünyasını dəyişib.

Şəki şəhər icra hakimiyyəti başçısının müavini dünyasını dəyişib.


9-05-2024, 11:35


Şəki şəhər icra hakimiyyəti başçısının müavini dünyasını dəyişib.

Şəffaflıq.az-ın məlumatına görə, Şəki şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova mayın 9-da səhər saatlarında yaşadığı evdə xəstəlikdən vəfat edib.

Məlumata görə, 64 yaşlı xanım müavin son illər onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Zərinə Ələkbər qızı Cavadova 1960-cı ildə Şəkidə anadan olub. Tanınmış pedaqoq, tarix elmləri namizədi olan Zərinə Cavadova 2006-cı ildən Şəki şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışırdı.


Geri qayıt