Əsas Səhifə > MALİYYƏ / SİYASƏT > Baş nazir: Bakı ilə Ankaranın birgə layihələri Avropa ilə Asiya arasında dəhlizin yaradılmasında böyük rol oynayır
Baş nazir: Bakı ilə Ankaranın birgə layihələri Avropa ilə Asiya arasında dəhlizin yaradılmasında böyük rol oynayır9-05-2024, 10:26 |
Azərbaycanla Türkiyənin dostluğu və qardaşlığı sayəsində birgə həyata keçirilən layihələr regionun inkişafında və Avropa ilə Asiya arasında enerji və kommunikasiya dəhlizinin yaradılmasında böyük rol oynayır. Şəffaflıq.az-ın məlumatına görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov paytaxt Ankarada keçirilmiş Türkiyə – Azərbaycan biznes forumunda deyib. Baş nazir bildirib ki, Bakı – Tbilisi – Ceyhan, Bakı – Tbilisi – Ərzurum boru kəmərləri, TANAP, Bakı – Tbilisi – Qars (BTQ) layihələri Türkiyə ilə Azərbaycanın birgə ən uğurlu layihələrindəndir: “Mayın 25-də açılacaq Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunda yükdaşımaların həcmi artırılacaq”. Əli Əsədov iki tərəfli formatda həyata keçirilən layihələrə qarşılıqlı olaraq milyardlarla dollar həcmində sərmayələr qoyulduğunu açıqlayıb: “Bu gün biz münasibətlərimizə uzunmüddətli və strateji yanaşmalarla baxırıq. Həm Azərbaycan, həm də Türkiyə hökumətləri bütün sahələrdə əməkdaşlıq üçün birgə fəaliyyətlərə hazırdırlar”. Geri qayıt |