Əsas Səhifə > SİYASƏT > SOCAR bu il aparılan qaz işlərinin həcmini açıqlayıb
SOCAR bu il aparılan qaz işlərinin həcmini açıqlayıb8-05-2024, 14:17 |
Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 17 min 644 metr qazma işləri həyata keçirilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə SOCAR-ın 2024-cü ilin I rübünə dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəriciləri üzrə hesabatında deyilir. Bu, ötən ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 2 min 088 metr və ya 10,6 % azdır. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə SOCAR 19 min 732 metr qazma işləri aparıb. Geri qayıt |