Əsas Səhifə > SİYASƏT > Azərbaycan mina problemini Dayanıqlı İnkişaf Məqsədlərinin 18-ci məqsədi kimi irəli sürüb
Azərbaycan mina problemini Dayanıqlı İnkişaf Məqsədlərinin 18-ci məqsədi kimi irəli sürüb7-05-2024, 12:17 |
Azərbaycan mina problemini Dayanıqlı İnkişaf Məqsədlərinin 18-ci məqsədi kimi irəli sürüb. Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, Qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda keçirilən 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, azad edilən ərazilərdə bir milyondan çox piyada əleyhinə mina basdırılıb: "Bu da bir milyondan çox insan əleyhinə mina basdırılması deməkdir. Ümümdünya Səhiyyə Təşkilatının statistikasına görə, koronavirus pandemiyası nəticəsində 15 milyon insan vəfat edib. Əlbəttə, bu, böyük faciədir, lakin Azərbaycanda basdırılan minaların sayını nəzərə alsaq, aradakı fərq çox böyük olduğunu görərik". Baş nazirin müavini bildirib ki, müharibə sona çatsa da, Azərbaycanın mina problemi davam edir: "Müharibədən sonra da Azərbaycanda mina partlayışları nəticəsində insanlar ölür və ya xəsarət alır. Hesab edirəm ki, Azərbaycanın mina problemi ilə əlaqədar qaldırdığı məsələlər BMT tərəfindən qəbul ediləcək. Mədəni dünya da bu problemə göz yummayacaq və mina problemi gündəliyin əsas mövzularından biri olacaq. Çünki Azərbaycan mina problemini BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 18-ci məqsədi kimi irəli sürüb. Dünyanın üçdə biri mina problemindən əziyyət çəkir, onların da bu məsələdə Azərbaycanı dəstəkləyəcəyini düşünürəm". Geri qayıt |