Əsas Səhifə > XARİCİ XƏBƏR > İsrailin Fələstinlə münaqişədə ölən hərbçilərinin sayı 614 nəfərə çatıb
İsrailin Fələstinlə münaqişədə ölən hərbçilərinin sayı 614 nəfərə çatıb7-05-2024, 09:09 |
İsrailin Müdafiə Ordusu Fələstinin radikal HƏMAS hərəkatına qarşı hərbi əməliyyatlar zamanı daha iki hərbçinin öldüyünü təsdiqləyib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb. Nazirliyin saytındakı məlumatlara görə, 31 yaşlı çavuş Dan Kamkagi və 551-ci briqadanın kəşfiyyat batalyonunda xidmət edən Naxman Natan Hertz, İsrailin şimalında əməliyyat tapşırıqlarını yerinə yetirərkən pilotsuz təyyarənin zərbəsi nəticəsində həlak olublar. Son məlumatlar nəzərə alınmaqla Qəzza zolağında İsrail ordusunun quru əməliyyatının başlanmasından sonra ölən əsgərlərin sayı 268 nəfərə çatıb. Fələstin-İsrail münaqişəsinin yeni dövrü ərzində öldürülən İsrail hərbçilərinin ümumi sayı isə artıq 614 nəfərdir. Geri qayıt |