Əsas Səhifə > Hadisə > Naxçıvanda sabiq komitə sədrinin məhkəməsi başlayır

Naxçıvanda sabiq komitə sədrinin məhkəməsi başlayır


6-05-2024, 16:26


Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Hicran Rüstəmovun məhkəməsi başlayır.

Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, cinayət işinə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyin Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılacaq.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı davam edən cinayət işi üzrə H.Rüstəmov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Muxtar Respublika ərazisində tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.

Xatırladaq ki, həmin iş üzrə daha əvvəl Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin müxtəlif rəhbər vəzifəli şəxsləri və NMR-in maliyyə naziri məsuliyyətə cəlb olunaraq həbs edilib.


Geri qayıt