Əsas Səhifə > SİYASƏT > Xankəndi Şəhər Polis Şöbəsinə yeni təyinat olub

Xankəndi Şəhər Polis Şöbəsinə yeni təyinat olub


6-05-2024, 14:49


Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xankəndi Şəhər Polis Şöbəsinə yeni təyinat olub.

Şəffaflıq.az-ın məlumatına görə, əmrə əsasən, polis kapitanı Alim Eldar oğlu Bağırov Xankəndi Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin yeni rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, A.Bağırov bundan öncə Göygöl Rayon Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində çalışıb. O, Xocalı Rayon Polis Şöbəsində rəis vəzifəsində çalışmış mərhum Eldar Bağırovun oğludur.


Geri qayıt