Əsas Səhifə > Hadisə > Bakıda məişət tullantıları yanan ərazidən meyit tapılıb

Bakıda məişət tullantıları yanan ərazidən meyit tapılıb


5-05-2024, 10:11


Bakı şəhərinin Xətai rayonunda açıq ərazidə 15 m² sahədə məişət tullantıları yanıb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şəffaflıq.az 


Geri qayıt