Əsas Səhifə > REGİON > Rusiyada möcüzə: 13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
Rusiyada möcüzə: 13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı5-05-2024, 00:25 |
Rusiyanın Omsk şəhərində axşam saatlarında altı yaşlı qız 13-cü mərtəbənin pəncərəsindən həyətə yıxılsa da, sağ qalıb. Şəffaflıq.az xəbər verir ki, məlumatı Omskın Daxili İşlər Nazirliyinin regional idarəsindən də təsdiq ediblər. Qeyd olunur ki, valideynlər uşağı evdə yatırdıb bayıra çıxıblar, mənzilə qayıdanda isə uşağı evdə tapmayıblar. Qısa axtarış nəticəsində uşağın həyətdə qazonun üstünə uzanıb qaldığı məlum olub. Həkimlər uşağın vəziyyətini ağır qiymətləndirsələr də, onun sağ qaldığını söyləyiblər. Geri qayıt |