Əsas Səhifə > FUTBOL > Çox məyusam, azarkeşlərdən üzr istəyirəm.
Çox məyusam, azarkeşlərdən üzr istəyirəm.4-05-2024, 23:36 |
Çox məyusam, azarkeşlərdən üzr istəyirəm. Şəffaflıq.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində "Qarabağ"la oyundan sonra keçirilən mətbuat konfransında deyib. Mütəxəssis 0:5 hesabı ilə məğlub olduqları matçla bağlı bunları söyləyib: "Təəssüf ki, rahat şəkildə məğlub olduq. Qırmızı vərəqədən sonra hər şey bəlli idi. Rəqibin daha əvvəl keçirdiyi matçlara baxmışdıq. Ancaq səhvlərimiz çox oldu. Onların üzərində işləməliyik. Düşünürdük ki, meydanın mərkəzində topu saxlamaqla nəsə edə bilərik, lakin Ağdam klubu bizə qarşı tamamilə fərqli hazırlaşmışdı". Mütəxəssis təkbətək mübarizələrdə çətinlik çəkdiklərini dilə gətirib: "Bu da böyük oyunlarda problem yaşamağımıza səbəb olur". Geri qayıt |