Əsas Səhifə > Hadisə > Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi yüksək səviyyədə mina ilə çirkləndirilib
Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi yüksək səviyyədə mina ilə çirkləndirilib3-05-2024, 14:38 |
Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi yüksək səviyyədə mina ilə çirkləndirilib. Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Beynəlxalq əlaqələr maarifləndirmə və mətbuatla iş idarəsinin rəisi Ramil Əzizov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ağdam şəhərində keçirilən "Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiyada çıxışı zamanı deyib. Onun sözlərinə görə, 780 min hektar ərazi isə orta və aşağı səviyyədə minalarla çirkləndirilib: "Antiterror əməliyyatlarından sonra Xocalı və Xankəndi ərazilərində çoxsaylı tələ-minalar aşkarlanıb. Azərbaycanın işğaldan azad edilən ərazilərində, demək olar, hər addımda mina təhlükəsi mövcuddur. Çay kənarları, qəbiristanlıqlar, müxtəlif təyinatlı binalar, xarabalıqlar - hər yer minalarla çirkləndirilib. Minaların təmizlənməsi üçün müxtəlif üsullardan istifadə edilir. Siçanlar, itlər vasitəsilə və mexaniki minatəmizləmə qurğularının köməyi ilə torpaqlarımız minalardan təmizlənir. Əllə təmizləmə prosesində isə kişilərlə yanaşı, qadın minatəmizləyənlər də iştirak edirlər". Geri qayıt |