Əsas Səhifə > SİYASƏT > Peter Mixalko: Aİ-nin Azərbaycanla əməkdaşlığında minalarla mübarizə prioritet sahədir

Peter Mixalko: Aİ-nin Azərbaycanla əməkdaşlığında minalarla mübarizə prioritet sahədir


3-05-2024, 12:16


Avropa İttifaqının (Aİ) Azərbaycanla əməkdaşlığında minalarla mübarizə prioritet sahədir.

Şəffaflıq.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko “Avropa komandasının mina əleyhinə təşəbbüsü” adlı tədbirdə deyib.

O bildirib ki, minatəmizləmə davamlı regional inkişaf üçün vacibdir:

“Bu, dinc, sabit Cənubi Qafqaz və Azərbaycan üçün bu, vacibdir. Mən fürsətdən istifadə edərək ANAMA-ya və komandasına təşəkkür edirəm. Onlar özlərini qurban verməyi tələb edən bu işə baş vurublar. Aİ ölkələrinə də minatəmizləmədəki dəstəklərinə görə təşəkkür edirəm. Avropa komandasının mina əleyhinə təşəbbüsü bir çətir təşəbbüsüdür. Minaların təmizlənməsi insanların güzəranına mühüm təsir göstərir. Onların təbii resurslara çıxışını təmin edir”.

P.Mixalko vurğulayıb ki, minalarla bağlı məlumatlılığın artırılması xüsusilə qayıdış mərhələsində çox önəmlidir: "Biz bütün bu sahələrdə əlimizdən gələni etməyə hazırıq".

Səfir həmçinin Aİ-nin Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesində maraqlı olduğunu söyləyib:

“Minatəmizləmə sahəsindəki dəstəyimiz də sülhə, sabitliyə sadiqliyimizi göstərir. Aİ-nin roluna uyğun olaraq minalar əleyhinə mübarizəyə qlobal miqyasda dəstək göstərməyə çalışırıq. Bu sahədə Azərbaycanın ehtiyaclarının qarşılanmasına da artıq böyük töhfə vermişik".


Geri qayıt