Əsas Səhifə > FUTBOL > Azərbaycanın U-17 millisi UEFA İnkişaf Turnirində ilk oyununa çıxıb
Azərbaycanın U-17 millisi UEFA İnkişaf Turnirində ilk oyununa çıxıb2-05-2024, 22:36 |
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununu keçirib. Şəffaflıq.az xəbər verir ki, Azərbaycan milli komandası ABFF Təlim-Məşq Mərkəzində Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun yığmamızın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Komandamızın heyətində yeganə qola 68-ci dəqiqədə penaltidən Ayşən Salamzadə imza atıb. Turnirin bu gün keçirilən digər oyununda Türkiyə milli komandası Qazaxıstan yığması üzərində 5:0 hesablı qələbə qazanıb. Qeyd edək ki, U-17 mayın 4-də, Bakı vaxtı ilə saat 13:00-da Qazaxıstan, mayın 7-də, saat 12:00-da isə Türkiyə yığması ilə görüşəcək. Geri qayıt |