Əsas Səhifə > İnfrastruktur > SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb2-05-2024, 22:34 |
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru Oleksey Çernişov ilə görüşüb. Bu barədə "Report"a SOCAR-dan bildirilib. Görüşdə tərəflər neft-qaz sənayesində əməkdaşlığın perspektivlərini, o cümlədən Azərbaycan qazının Ukraynada saxlanması imkanlarını müzakirə edib, enerji keçidi, dekarbonizasiya və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Şəffaflıq.az Geri qayıt |