Əsas Səhifə > SİYASƏT > Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi açıqlanıb
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi açıqlanıb2-05-2024, 13:36 |
Cəbrayıl rayonunun Horovlu kəndinə ilk köç cari ilin ikinci yarımilinə nəzərdə tutulub. Şəffaflıq.az-ın məlumatına gore Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır: "Böyük Qayıdışa dair birinci Dövlət Proqramının icrası çərçivəsində Cəbrayıl rayonun Horovlu kəndi yenidən salınır. Kəndə bu ilin ikinci yarısında 334 ailənin köçürülməsi nəzərdə tutulur". Həmçinin vurğulanıb ki, hazırda bərpa-quruculuq işlərinin davam etdiyi Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 78 ailənin köçürülməsi planlanlaşdırılır. Geri qayıt |