Əsas Səhifə > MALİYYƏ > Azərbaycanda neytral uçot faiz dərəcəsinin səviyyəsi açıqlanıb
Azərbaycanda neytral uçot faiz dərəcəsinin səviyyəsi açıqlanıb1-05-2024, 13:16 |
Azərbaycan Mərkəzi Bankının (AMB) hesablamaları göstərir ki, neytral uçot faiz dərəcəsi 6-7 % aralığındadır. Şəffaflıq.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib. "Məntiqlə getsək hələ sərtləşdirmə istiqamətindəyik. Hazırda biz uçot faiz dərəcəsini neytrallaşdırma istiqamətində gedirik. Bu səbəbdən də düşünürük ki, uçot dərəcəsi 7 % səviyyəsində neytraldır. Hazırda 7,25 % təşkil edir. Bu isə AMB-nin hələdə sərt istiqamətdə olduğunu göstərir", - T. Kazımov qeyd edib. Onun sözlərinə görə, AMB-nin ortamüddətli proqramına əsasən daxli və xarici iqtisadiyyatlarda kəskin dəyişmələr olmasa, "biz parametrləri dəyişməz saxlamağı nəzərdə tuturuq". Geri qayıt |