Əsas Səhifə > SİYASƏT > Azərbaycan və Türkiyə arasında hüquqi əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan və Türkiyə arasında hüquqi əməkdaşlıq məsələləri müzakirə edilib


30-04-2024, 14:47


Azərbaycanda səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) sədri Muharrem Kılıçın başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində görüş keçirilib.

Şəffaflıq.az xəbər verir ki, görüşdə iki ölkə arasında hüquqi əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub.

Sədr Fərhad Abdullayev, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı arasında insan hüquqlarının təmin edilməsi sahəsində işbirliyi haqqında məlumatı qonağın diqqətinə çatdırıb.

Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıç bildirib ki, iki ölkə arasında bütün sahələrdə olan sıx əməkdaşlıq, o cümlədən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu arasında da qarşılıqlı dəstək və anlaşma əsasında uğurla inkişaf edir.

Görüşdə geniş fikir mübadiləsi aparılıb, hüquqi məsələlər müzakirə olunub.


Geri qayıt