Əsas Səhifə > SİYASƏT > Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin meyit qalıqlarının ekspertizasının harada aparıldığı açıqlanıb
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin meyit qalıqlarının ekspertizasının harada aparıldığı açıqlanıb30-04-2024, 13:23 |
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin aşkar olunmuş meyit qalıqları ilə bağlı aparılan ekspertizalar yalnız ölkə daxilində həyata keçirilir. Şəffaflıq.az-ın xəbərinə görə, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin əməkdaşı Selcan Familzadə aprelin 30-da keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, bunun üçün bütün zəruri və mütəxəssislər, təcrübəli, ixtisaslı ekspertlər var: “Daha konkret desək, təyin olunmuş ekspertizaların icrası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinə və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə və Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinə tapşırılıb”. Geri qayıt |