Əsas Səhifə > XARİCİ XƏBƏR > Yəmən limanı yaxınlığında gəmiyə hücum edilib
Yəmən limanı yaxınlığında gəmiyə hücum edilib29-04-2024, 14:28 |
Mərkəzi Yəmən sahillərində gəmiyə hücum olunub. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımaları üzrə Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb. “UKMTO-ya Yəmənin Moha şəhərindən 54 dəniz mili şimal-qərbdə baş vermiş insident barədə məlumat daxil olub. Səlahiyyətlilər hadisənin başvermə şəraitini araşdırır. Gəmilərə ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur”, - məlumatda qeyd olunub. UKMTO hücum kimi təsnif etdiyi hadisənin təfərrüatları barədə verməyib. Geri qayıt |