Əsas Səhifə > Dünya > “Britaniya hərbi toqquşmada Rusiyaya məğlub olacaq” – Kral İnstitutu

“Britaniya hərbi toqquşmada Rusiyaya məğlub olacaq” – Kral İnstitutu


27-11-2019, 14:10

 

NATO liderlərinin qarşıdakı görüşünə dair hesabatda deyilir ki, Britaniya ordusu yerüstü artilleriyanı təcili “yeniləməli və modernləşdirməlidir”, əks təqdirdə Rusiya ilə mümkün qarşıdurmada məğlub olacaq.

Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutu (Royal United Services Institution, RUSI) bildirib ki, Şərqi Avropada Rusiya ilə silahlı qarşıdurma baş versə, İngiltərənin quru qoşunları “tam məğlub olacaq”. Bu barədə NATO liderlərinin London görüşü üçün hazırlanan RUSI hesabatına istinadən “BBC” xəbər verir.

Aparılan araşdırma İngiltərə silahlı qüvvələrinin Rusiya ordusu ilə müqayisədə kritik atəş gücünə sahib olmadığını göstərib. Sənəddə deyilir ki, Britaniya, həmçinin NATO üzrə müttəfiq ölkələrin ordularının artilleriya, silah-sursat və nəqliyyat vasitələrinə “kəskin ehtiyacı var”.

Hesabatda İngiltərənin quru artilleriyasının "yenilənməsi və modernləşdirilməsi" nin "təcili, son dərəcə vacib prioritet" olduğu bildirilir.

Məqsəd "NATO və Rusiya arasında yüksək intensivlikli münaqişə" nin "az ehtimal edilən" kontekstində hərbi imkanları təhlil etmək olub. Krım Rusiyaya birləşdirildikdən sonra Böyük Britaniya NATO üzvləri ilə birlikdə potensial "Rusiya təcavüzünün" qarşısını almaq üçün silahlı qüvvələrini Şərqi Avropaya yerləşdirib.

Böyük Britaniyanın Müdafiə Nazirliyi analitik mərkəzin nəticələri ilə razılaşmayıb. "İngiltərə tək deyil. Təhlükələri aradan qaldırmaq və böhranlara cavab vermək üçün hava, dəniz, quru, nüvə və kiber məkanda sıx əməkdaşlıq etdiyi NATO müttəfiqləri onun yanındadır. Britaniyanın silahlı qüvvələri Avropada NATO-nun ən böyük sponsoru kimi təhdidlərin qarşısını almaqda, ölkə daxilində və xaricində Britaniya xalqının təhlükəsizliyini təmin etməkdə aparıcı rol oynamaq üçün yaxşı təchiz edilib”, - nazirliyin bəyanatında deyilir.
Tərcümə: xpressa.net

Şəffaflıq.az
Geri qayıt