Əsas Səhifə > XARİCİ XƏBƏR > “Titanik” sərnişininin saatı 1,4 milyon dollara satılıb

“Titanik” sərnişininin saatı 1,4 milyon dollara satılıb


28-04-2024, 07:58


1912-ci ildə batan “Titanik” gəmisinin ən zəngin adamı Con Ceykob Astor IV-ə məxsus qızıl cib saatı hərracda rekord qiymətə - 1,175 milyon funta (1,4 milyon ABŞ dollarından çox) satılıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunub ki, saat “Henry Aldridge & Son” auksionunda ABŞ-dan olan şəxsi kolleksiyaçıya batmış laynerdən xatirə əşyaları üçün indiyə qədər alınan ən yüksək məbləğə satılıb.

Ekspertin fikrincə, Astor o vaxt dünyanın ən varlı adamlarından biri idi, onun sərvəti təxminən 87 milyon ABŞ dolları idi, bu da bu gün bir neçə milyard dollara bərabərdir.

Gəminin sərnişini sonuncu dəfə siqaret çəkərkən və həmkarı ilə söhbət edərkən görülüb. Onun cəsədi hadisədən bir həftə sonra cib saatı ilə birlikdə tapılıb.

Hərracda həmçinin, gəmi batan zamanı çalınan skripkalardan birinin futlyarı 360 min funta (459 min ABŞ dollarından çox) satılıb. Musiqi alətinin özü 2013-cü ildə 1,7 milyon dollara satılmışdı.


Geri qayıt