Əsas Səhifə > Hadisə > Bakı-Şamaxı yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakı-Şamaxı yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.28-04-2024, 07:50 |
Bakı-Şamaxı yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az-ın məlumatına görə, hadisə magistral yolun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Həsənov Rüfət Mirzəli oğlu və 1956-cı il təvəllüdlü Hüseynova Maral Beydulla qızı xəsarət alıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib və həkim nəzarətinə götürülüblər. Fakt araşdırılır. Geri qayıt |