Əsas Səhifə > ELM VƏ TƏHSİL > 36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının qalibi olub
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının qalibi olub26-04-2024, 16:34 |
Bu il 36 azərbaycanlı tələbə 2024/2025-ci tədris ili üçün İsveç İnstitutunun Qlobal Peşəkarlar üçün Təqaüd Proqramının qalibi olub. Şəffaflıq.az bu barədə İsveçin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir. “2024/2025-ci tədris ili üçün İsveç İnstitutunun Qlobal Peşəkarlar üçün Təqaüd Proqramının bütün azərbaycanlı qaliblərini təbrik edirik. Bu il neçə azərbaycanlı tələbənin SI təqaüdü qazandığını təxmin edə bilərsinizmi? 36! Bəli, bu rekord göstəricidir! Azərbaycan 10 faiz nəticə ilə yenə 1-ci yerdədir (357 qalibdən 36-sı azərbaycanlıdır). Onlara İsveçdəki akademik həyatlarında müvəffəqiyyət arzulayırıq”, - diplomatik missiyanın “feysbuk” sosial şəbəkəsindəki paylaşımında qeyd edilib. Qeyd edək ki, İsveç İnstitutunun Qlobal Peşəkarlar üçün Təqaüd Proqramları öz ölkələrində və regionlarında demokratik, bərabər və dayanıqlı cəmiyyətlər yaratmağa çalışan gələcək dünya liderlərini dəstəkləmək məqsədi daşıyır. Təqaüdçülər akademik nailiyyətləri, peşəkar, liderlik təcrübələri və dayanıqlı inkişafa töhfə vermək potensialları əsasında seçilir. Geri qayıt |