Əsas Səhifə > SİYASƏT > AMEA prezidenti: Azərbaycanda elektron kitabxana işinin təşkilində problemlər var

AMEA prezidenti: Azərbaycanda elektron kitabxana işinin təşkilində problemlər var


26-04-2024, 16:16


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli naşir və kitabçılara çağırış edib.

Şəffaflıq.az xəbər verir ki, o, bu barədə Azərbaycan Naşirlərinin I Forumunda çıxışı zamanı bildirib.

Akademik söyləyib ki, Azərbaycan kitabçıları və naşirləri öz fəaliyyətlərini həm real, həm də virtual bazarın tələblərinə uyğun qurmalı, kağız kitabların qalmasında, eyni zamanda elektron kitabların inkişafında maraqlı olmalıdırlar.

Azərbaycanda elektron kitabxana işinin təşkilində müəyyən problemlərin olduğunu deyən akademik İ.Həbibbəyli bir sıra hallarda elektron kataloqların elektron kitabxana adlandırıldığını vurğulayıb, naşir və kitabçılarımızın dünyaya çıxması baxımından bu istiqamətin təkmilləşdirilməsinin vacib olduğunu söyləyib.


Geri qayıt