Əsas Səhifə > Hadisə > Şağanda minik avtomobili avtobusla toqquşub, yaralanan var

Şağanda minik avtomobili avtobusla toqquşub, yaralanan var


26-04-2024, 09:31


Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, Şağan qəsəbəsində sərnişin avtobusu ilə minik avtomobili toqquşub.

Hadisə zamanı minik avtomobilinin sərnişini 14 yaşlı Bayramlı L. xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Geri qayıt