Əsas Səhifə > Hadisə > Yasamalda 16 yaşlı yaşlı qızı avtomobil vurub

Yasamalda 16 yaşlı yaşlı qızı avtomobil vurub


26-04-2024, 09:27


Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, metronun "Elmlər Akademiyası" stansiyasının yanında avtomobil yolu keçən 2008-ci il təvəllüdlü Cahangirova R.-ni vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt