Əsas Səhifə > İnfrastruktur > “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub
“Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub25-04-2024, 15:44 |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi ("Azərkosmos") ictimaiyyətin iqlim dəyişikliyinin müəyyən ərazidə və müəyyən vaxt zonasında təsirlərini izləməsi üçün qiymətli məlumatlar yaradan platforma qurub. Şəffaflıq.az-ın xəbərinə görə, bunu Türkiyə paytaxtında keçirilən Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısında (STC 2024) çıxış edən “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib. Sədr deyib ki, bu il quraqlıq, qar örtüyü, buzlaqlar, su anbarları, dəniz səviyyələrində azalma və artıma, metan konsentrasiyası, torpaq şoranlığı və bir çox digər amillərin təsirləri haqqında məlumatların təqdim edilməsi məqsədilə İqlim Hesabatı platforması (climatereport.az) ictimaiyyətə açıqlanıb. Beynəlxalq konfrans iştirakçılarını noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP 29) dəvət edən sədr deyib ki, qlobal miqyasda fəaliyyət göstərən "Azərkosmos" qlobal problemlərin həlli istuqamətində də öz məsuliyyətini hiss edir: "Bu il “Azərkosmos” regionumuzda iqlim dəyişikliyi problemini həll edəcək nəzərəçarpacaq bir iş təqdim etmək üçün beynəlxalq tərəfdaşlarla və Azərbaycan hökuməti ilə işləyərək iqlim dəyişikliyi ilə bağlı hərtərəfli tədqiqat aparmaqda irəliyə doğru addım atıb". Sonda S.Əsədov STC 2025-in ev sahibiyinin Azərbaycana təhvil veriləcəyini qeyd edib. Geri qayıt |