Əsas Səhifə > Mədəniyyət > Azərbaycan Fransada Qadın hüquqlarına həsr edilən film festivalında TƏMSİL OLUNACAQ
Azərbaycan Fransada Qadın hüquqlarına həsr edilən film festivalında TƏMSİL OLUNACAQ27-11-2019, 07:57 |
Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Qadın hüquqlarına həsr edilmiş film festivalında təmsil olunacaq. Şəffaflıq.az "Report"-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Fransadakı səfirliyi və Fransada Azərbaycanın Dostları Assosiasiyasının dəstəyi ilə alman rejissoru Veit Helmerin Bakıda çəkdiyi “TheBra” filmi 6 dekabrda Parisdə "Qadın hüquqları və Kino" festivalında göstəriləcək. 3-6 dekabrda keçiriləcək beynəlxalq film festivalında ona yaxın ölkə təmsil olunacaq. "Qadın hüquqları və Kino" festivalı bu il ikinci ildir ki, keçiriləcək. Geri qayıt |