Əsas Səhifə > EKOLOGİYA > Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir25-04-2024, 08:53 |
2024-cü ilin fevralında elm adamları ABŞ-da üzüm bağlarını məhv edən və Avropada heç vaxt tapılmayan “Xylella” bakteriyasının daha bir alt növünü kəşf ediblər. “Report” xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb. Elm adamları ilk dəfə 2013-cü ildə Avropada bitki öldürən “Xylella fastidiosa” bakteriyasının ilk növünü kəşf ediblər. Bu bakteriya İtaliyanın Apuliya bölgəsindəki 60 milyon zeytun ağacının üçdə birini məhv edib. Bu əkinlər bir vaxtlar İtaliyanın zeytun yağının demək olar ki, yarısını təmin edirmiş və ağacların bir neçə əsr yaşı var imiş. Nəticədə onların sahibləri istehsalı dayandırıb, zeytun dəyirmanları müflis olub və turistlər əraziyə getməkdən imtina ediblər. Baş verənlərə baxmayaraq, bakteriyanın məhv edilməsi üçün müalicə üsulu hələ də tapılmayıb. Bakteriya təxminən 1 milyard avro dəyərində ziyana səbəb olub, ərazinin böyük hissəsi tamamilə məhv edilib. Məlumatlar göstərir ki, Avropa İttifaqına yeni gətirilən bitki xəstəliklərinin yayılması eyni sürətlə davam edir və 2015-2020-ci illər arasında ildə orta hesabla 70 xəstəlik baş verir. Hətta 2016-cı ildə tətbiq edilən bitkilərin daşınması üçün yeni qaydalar belə kömək etməyib. Öz növbəsində alimlər, fitoepidemioloqlar, aqronomlar dövlətlərin gördüyü tədbirlərin hələ də yetərli olmadığını deyirlər. Qeyd edək ki, “Xylella” bakteriyaları çox güman ki, Latın Amerikasından Niderlanda gətirilən dekorativ qəhvə bitkilərində olub. Beynəlxalq protokollara görə, xaricdən gətirilən bitkilərin yalnız 2%-ə yaxını xəstəliklərə görə yoxlanılır. Aİ-nin əsas limanlarından keçən bitkilərin sayını nəzərə alsaq, yeni növlərin introduksiya edilməsi mümkündür. Mütəxəssislər deyirlər ki, problemin həlli xərclərin və faydaların tarazlaşdırılması baxımından həll edilməlidir. Şəffaflıq.az Geri qayıt |