Əsas Səhifə > MALİYYƏ > Azərbaycanda dövlət büdcəsindən ehtiyat fondlara ayırmalar 91 % artıb

Azərbaycanda dövlət büdcəsindən ehtiyat fondlara ayırmalar 91 % artıb


23-04-2024, 16:04


Bu ilin I rübündə Azərbaycanda dövlət büdcəsindən ehtiyat fondlara 41,7 milyon manat vəsait (22,2 milyon manat Prezidentin ehtiyat fonduna, 19,5 milyon manat büdcənin ehtiyat fonduna) ayrılıb.

Şəffaflıq.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 91,3 % çoxdur.

Ayrılmış vəsaitin 14,5 milyon manatının (33 % çox) maliyyələşməsi həyata keçirilib.

Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait ölkə ərazisində dini qurumlara maliyyə yardımının, Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyi göstərilməsi, Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri üçün istifadə olunub.

Büdcənin ehtiyat fondundan ayrılmış vəsait isə gələn ilin 13 aprel-13 oktyabr tarixlərində Yaponiyanın Osaka şəhərində keçiriləcək "Osaka, Kansai Ekspo 2025" Ümumdünya Sərgisində Azərbaycanın təmsil olunması ilə bağlı milli pavilyonun qurulması üçün tikinti işlərinin başlanılmasına və digər tədbirlərin icrasına yönəldilib.

Xatırladaq ki, 2024-cü ilin dövlət büdcəsində Prezidentin ehtiyat fondu üçün 300 milyon manat, büdcənin ehtiyat fondu üçün isə 110 milyon manat, cəmi 410 milyon manat vəsait nəzərdə tutulub.


Geri qayıt