Əsas Səhifə > MALİYYƏ > Azərbaycanda ödənişli xidmətlərdən büdcə daxilolmaları 6 % artıb
Azərbaycanda ödənişli xidmətlərdən büdcə daxilolmaları 6 % artıb23-04-2024, 15:53 |
Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 118,8 milyon manatı və yaxud 1,3 %-i büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların payına düşüb. Şəffaflıq.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 % çox, proqnoza nisbətən isə 23,2 % çoxdur. Yanvar-mart aylarında büdcə gəlirlərində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 2,5 %-ni ödənişli xidmətlərindən daxilolmalar təmin edib. Geri qayıt |