Əsas Səhifə > Hadisə > Bakıda 15 yaşlı gənc yol qəzasında xəsarət alıb
Bakıda 15 yaşlı gənc yol qəzasında xəsarət alıb23-04-2024, 10:22 |
Bakının Qaradağ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az-ın məlumatına görə, Müşfiqabad qəsəbəsində avtomobil hərəkətdə olarkən idarəetməni itirərək beton maneəyə çırpılıb. Hadisə zamanı avtomobildə olan sərnişin 2009-cu il təvəllüdlü Məmmədov Anar Valid oğlu yaralanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |