Əsas Səhifə > XARİCİ XƏBƏR > Almaniyada Çinə casusluqda şübhəli bilinən 3 nəfər saxlanılıb
Almaniyada Çinə casusluqda şübhəli bilinən 3 nəfər saxlanılıb22-04-2024, 14:41 |
Düsseldorf və Bad-Homburq Federal Kriminal Polis İdarəsinin əməkdaşları Çin kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən 3 Almaniya vətəndaşını saxlayıblar. Şəffaflıq.az RBC-ya istinadən xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Herviq F., İna F. və Tomas R. 17 aprel 2024-cü il tarixli məhkəmə orderi əsasında saxlanılıb. Onların evlərində və iş yerlərində axtarışlar aparılıb. “Saxlanılan şəxslər naməlum müddətdən 2022-ci ilin iyununa qədər Çin kəşfiyyatına işləməkdə şübhəli bilinirlər”, - məlumatda qeyd olunub. Geri qayıt |