Əsas Səhifə > SİYASƏT > DGK sədri Bərdədə vətəndaşları qəbul edib
DGK sədri Bərdədə vətəndaşları qəbul edib22-04-2024, 14:09 |
Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının inzibati binasında Bərdə, Yevlax və Tərtər rayonlarından olan vətəndaşları qəbul edib. Şəffaflıq.az komitəyə istinadən verdiyi məlumata görə, DGK-nın müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Bərdə, Yevlax və Tərtər rayonları sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub. Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Geri qayıt |