Əsas Səhifə > REGİON > Zelenski ABŞ-yə təşəkkürünü bildirib: Ədalətli sülh və təhlükəsizlik yalnız güclə əldə edilə bilər”
Zelenski ABŞ-yə təşəkkürünü bildirib: Ədalətli sülh və təhlükəsizlik yalnız güclə əldə edilə bilər”20-04-2024, 22:36 |
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynaya hərbi yardımı ehtivan edən qanun layihəsini təsdiqlədiyinə görə ABŞ Konqresinin Nümayəndələr Palatasına təşəkkürünü bildirərək sənədin Senatda da dəstəklənəcəyinə ümid etdiyini söyləyib. Şəffaflıq.az xəbər verir ki, bu barədə dövlət başçısı “ABŞ Konqresinin Nümayəndələr Palatasına, hər iki partiyaya və şəxsən spiker Mayk Consona tarixi doğru yolda saxlayan qərara görə minnətdaram. Demokratiya və azadlıq həmişə qlobal önəmə malik olacaq və Amerika onu qorumağa kömək etdikcə, heç vaxt uğursuz olmayacaq. ABŞ Nümayəndələr Palatasının bu gün qəbul etdiyi həyati vacib yardım haqqında qanun layihəsi müharibənin genişlənməsinin qarşısını alacaq, minlərlə və minlərlə insanın həyatını qurtaracaq və hər iki xalqımızın daha da güclənməsinə kömək edəcək. Ədalətli sülh və təhlükəsizlik yalnız güclə əldə edilə bilər. Ümid edirik ki, qanun layihələri Senatda dəstəklənəcək və Prezident Baydenin masasına göndəriləcək. Təşəkkürlər, Amerika!”, – o qeyd edib. Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. Daha sonra qanun layihəsi əksəriyyətin Ukraynaya yardımı dəstəklədiyi Senata ötürüləcək. Geri qayıt |