Əsas Səhifə > İnfrastruktur > Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib19-04-2024, 16:12 |
Azərbaycanda faydalı qazıntının ehtiyat həcminə (və ya topdansatış qiymətinə) münasibətdə ödənilməli olan mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib. Şəffaflıq.az xəbər verir ki, bu “Yer təkinin istifadəyə verilməsi üzrə hərrac (auksion və müsabiqə) predmetinin başlanğıc qiymətinin və hərracda iştirak haqqı məbləğinin hesablanması Metodikası”nda əksini tapıb. Mədən vergisi müsabiqəyə çıxarılacaq filiz faydalı qazıntı yataqlarının texniki-iqtisadi əsaslandırılmasında (TİƏ) müəyyən edilmiş əmtəə məhsulu vahidinin topdan satış qiymətinə münasibətdə, auksiona çıxarılacaq qeyri-filiz faydalı qazıntı yataqlarında yataq sahəsinə dair geoloji informasiyanın ekspertizası nəticəsində müəyyən edilmiş faydalı qazıntının ehtiyat həcminə nisbətdə ödənilir. Sənədə əsasən, mədən vergisini xarakterizə edən əmsal filiz və qeyri-filiz faydalı qazıntı yataqlarına görə aşağıdakı kimi müəyyən edilib: Qeyri-filiz faydalı qazıntı yataqları üzrə – 0,1 əmsal; Filiz faydalı qazıntı yataqları üzrə – 0,2 əmsal. Yatağın geoloji xüsusiyyətlərini xarakterizə edən əmsal yatağın geoloji xüsusiyyətlərini xarakterizə edən əmsal yatağa dair geoloji-iqtisadi göstəricilərdə qeyd olunan yatağın (strukturu) geoloji şəraitinə uyğun müəyyən edilir: Dövlət və ya sahə balansına alınmış sadə faydalı qazıntı yatağı üçün - 1 əmsal ; Dövlət və ya sahə balansına alınmış orta və mürəkkəb yataqlar üçün - 0,5 əmsal. Faydalı qazıntını növünü xarakterizə edən əmsal faydalı qazıntı yataqlarının növünü xarakterizə edən əmsal aşağıda göstərilən növlər üzrə əmsallar əsasında hesablanır: Qeyri-filiz və filiz faydalı qazıntı yataqları üzrə – 1 əmsal; Ölkə üzrə həcmləri məhdud olan və istehsal prosesində tələb olunan faydalı qazıntı yataqları üzrə (bu Metodikanın 1 nömrəli Əlavəsində göstərilən siyahıya uyğun olaraq) – 2 əmsal. Geri qayıt |