Əsas Səhifə > Hadisə > FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir

FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir


19-04-2024, 10:11


Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batan 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Şəffaflıq.az-a FHN-dən bildirilib.

Qeyd edilir ki, 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, hadisə aprelin 12-də olub. V.Süleymanov ailəsi ilə birlikdə Kür çayının kənarına istirahətə gedib. Bu zaman onun 6 yaşlı qızı, 2018-ci il təvəllüdlü Səma Süleymanlı sürüşərək çaya düşüb. V.Süleymanov qızını xilas etmək üçün onun ardınca suya tullanıb. Nəticədə ata və qızı suda boğulub.


Geri qayıt