Əsas Səhifə > XARİCİ XƏBƏR > Rusiya XİN qanunsuz miqrantlara Ermənistanda sığınacaq verilməsi ehtimalına münasibət bildirib

Rusiya XİN qanunsuz miqrantlara Ermənistanda sığınacaq verilməsi ehtimalına münasibət bildirib


18-04-2024, 15:22


London üçün miqrasiya məsələsi o qədər kəskin problemə çevrilib ki, onlar qanunsuz miqrantları Ermənistana göndərmək qərarına gəliblər.

Şəffaflıq.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Bu, daha çox "Ruanda sxemi"nə bənzəyir. Amma indiki halda mənə elə gəlir ki, İrəvanın özü belə məsələlərə münasibət bildirməlidir. Biz Ermənistan XİN-in bəyanatını eşitdik və onlar da bildiriblər ki, bu barədə danışıqlar olmayıb”, - o vurğulayıb.

Zaxarova bunu britaniyalıların ənənəvi olaraq istifadə etdikləri klassik sxem olduğunu vurğulayıb: “Biz başa düşürük ki, London üçün miqrasiya məsələsi kəskinləşib. Bu səbəbdən də öz ideyalarını belə müstəmləkə üslubunda həyata keçirmək üçün kifayət qədər pul ödəməyə hazırdırlar. Amma bu addım Ermənistana qarşı atılmamalıdır. Çünki Qərbdə hay-həşir qoparırlar ki, guya bu ölkənin təhlükəsizliyini təmin etmək istəyirlər. İndi Ermənistana bu, həqiqətən lazımdırmı?”.


Geri qayıt