Əsas Səhifə > MALİYYƏ > Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçir
Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçir17-04-2024, 11:58 |
Dövlət Ehtiyatları Agentliyi avtonəqliyyat vasitələrinin könüllü sığortası üçün açıq tender elan edib. Şəffaflıq.az xəbər verir ki, tenderdə iştirak haqqı 17 manatdır. İddiaçılar təkliflərini mayın 8-nə qədər agentliyin yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152 ünvanına təqdim edə bilərlər. Təkliflərə mayın 8-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. Geri qayıt |