Əsas Səhifə > REGİON > Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər16-04-2024, 21:24 |
Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi İsrailin İranın Dəməşqdəki diplomatik missiyasına hücumundan sonra Yaxın Şərqdə vəziyyətin gərginləşməsini müzakirə ediblər. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. V.Putin İran və İsrailin təmkinli davranacağına və qarşıdurmanın yeni mərhələsinə imkan verməyəcəyinə ümid etdiyini bildirib. İ.Rəisi isə deyib ki, İran münaqişənin daha da gərginləşməsində maraqlı deyil. Geri qayıt |