Əsas Səhifə > Hadisə > Gəncədə şagirdlər arasında dava olub, xəsarət alan var.
Gəncədə şagirdlər arasında dava olub, xəsarət alan var.16-04-2024, 14:36 |
Gəncədə şagirdlər arasında dava olub, xəsarət alan var. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən "Report"un Qərb bürosuna bildirilib ki, aprelin 16-da 4-cü dərs saatından sonrakı tənəffüs zamanı sanitar qovşaqda Gəncə şəhər A.Ələsgərli adına 36 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Əziz Vəliyev sinif yoldaşı Oruc Quliyevin ayaq hissəsinə kəsilmiş şüşə parçası ilə xəsarət yetirib. "Oruc Quliyevi xəstəxanaya aparıblar, vəziyyəti normaldır. Hazırda Gəncə şəhəri üzrə təhsil sektoru və hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbdədirlər", - məlumatda qeyd olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan Şəffaflıq.az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanılıb, məsələyə hüquqi qiymət veriləcək. 13:36 Gəncə şəhərində 16 yaşlı şagirdə kəsici alətlə xəsarət yetirilib. Şəffaflıq.az-ın məlumatına görə, 2008-ci il təvəllüdlü O.Quliyev ayağından xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, O.Quliyevə təhsil aldığı məktəbdə oxuyan digər şagird tərəfindən xəsarət yetirilib. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |