Əsas Səhifə > REGİON > Tbilisidə parlament binası yaxınlığında AKSİYA KEÇİRİLİB
Tbilisidə parlament binası yaxınlığında AKSİYA KEÇİRİLİB26-11-2019, 00:37 |
Tbilisidə müxalif partiyaların nümayəndələri parlament binası yaxınlığında yürüş keçiriblər. Tbilisidə Birinci Respublika meydanına toplaşan Vahid Milli Hərəkat, Avropalı Gürcüstan partiyalarının liderləri və tərəfdarları, eləcə də müstəqil millət vəkilləri parlamentə doğru yürüş ediblər. Etirazçılar parlament binasını yenidən mühasirəyə alacaqlarını və parlamentin sabahkı plenar iclasa millət vəkillərini buraxmayacaqlarını bildiriblər. Şəffaflıq.az Geri qayıt |